Gələn il “Eurovision”un harada keçiriləcəyi bəlli olub

16:44 - 30 Avqust 2019 - DÜNYA

2020-ci il “Eurovision” mahnı müsabiqəsi Rotterdamda keçiriləcək.


“Report” təşkilatçıların məlumatına istinadən xəbər verir ki, müsabiqənin yarımfinal ifaları may ayının 12 və 14-də, final mərhələsi də 16-da “Rotterdam Ahoy” salonunda keçiriləcək. Həmin məkanda daha əvvəl Şakira, Britni Spörs, Ledi Qaqa, Meraya Kari kimi bir çox ulduzlar konsert veriblər.

XatIrladaq ki, bu il Təl Əvivdə keçirilmiş “Eurovision”da Niderland nümayəndəsi Dunkan Lourens “Arcade” mahnısını ifa edərək qalib gəlmişdi.

Xəbər xətti