ABŞ, Polşa və Ukrayna təhlükəsiz qaz tədarükünə dair saziş imzalayacaq

13:19 - 30 Avqust 2019 - DÜNYA

ABŞ, Polşa, Ukrayna hökumətləri arasında Varşavada qaz tədarükünə dair sazi imzalanacaq.


Ucnoqta.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin Dövlət Himayəçilik Ofisindən bildirilib.

Məlumata görə, ofisin rəhbəri Piotr Naimskinin, ABŞ-ın enerji katibi Rik Perrinin, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Danılyukun imzalayacaq saziş Polşanın təbii qaz idxalatı infrastrukturunun, Ukraynanın qaz bazarının və ABŞ-ın maye qazının saxlanc və ixracat infrastrukturunun, habelə regionda qaz qoşulmalarının təkmilləşdirilməsi sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Bundan əvvəl Polşanın ABŞ-dan idxal etdiyi maye qazı qaz halında Ukraynaya satacağı məlum olub./report

Xəbər xətti