İtaliyada yeni hökumət təşkil olunacaq

16:08 - 29 Avqust 2019 - DÜNYA

İtaliya prezidenti Sercio Matarella baş nazir Cuzeppe Konteni hökumət təşkil etməsi üçün mükəlləf edib.


“Report” “The Guardian”a istinadən xəbər verir ki, dövlət başçısı C.Konte qarşısında ifrat sağçı Liqanı hökumətdən kənarlaşdırmaq və erkən seçkilərdən yayınmaq üçün “Beş Ulduz" hərəkatı ilə mərkəz-solçu Demokrat Partiyası arasında razılaşmanı təmin etmək vəzifəsini qiyub.

Prezidentlə bir saata yaxın davam edən görüşdən sonra siyasi qeyri-müəyyənliyə tezliklə son qoymağın vacibliyini dilə gətirən C.Konte həmçinin Avropa İttifaqının qurucularından biri olan İtaliyanın bu təşkilatda söz sahibi statusuna dönməsinin zəruriliyini vurğulayıb.

Ötən gün “Beş Ulduz”un lideri Luici di Mayo demokratlarla bir yerdə Konte başçılığında yeni hökumət yaratmağa çalışacaqlarını açıqlamışdı.

Xəbər xətti