Azərbaycanda qızılın qiyməti ucuzlaşıb
23:11 - 27 Avqust 2019 - İQTİSADİYYAT
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş bahalaşıb.
Trend-in məlumatına görə, avqustun 27-də qızılın qiyməti avqustun 26-ı ilə müqayisədə 24,9135 manat azalaraq 1 unsiya üçün 2597.4300 manat təşkil edib.
Gümüş 0,033 manat artaraq 1 unsiya üçün 30.0452 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 7,1145 manat azalaraq 1457.7330 manat, palladiumun qiyməti 10,1235 manat artaraq 2511.7840 manat təşkil edib.