ABŞ prezidenti Donald Tramp dolların məzənnəsindən narahatdır.
"Report"un məlumatına görə, bu barədə o, "Twitter"dəki səhifəsində yazıb. D.Tramp həmçinin ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin yüksək olması ilə bağlı da öz narazılığını bildirib.
Prezident qeyd edib ki, belə bir iqtisadi vəziyyət ölkənin bəzi şirkətlərinin rəqabətini çətinləşdirir.