Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə V. Zelenski məlumat verib. O bildirib ki, telefon söhbəti zamanı Donbassdakı vəziyyət müzakirə olunub.
Ukrayna Prezidenti qeyd edib ki, o, rusiyalı həmkarından separatçılara təsir göstərməyi xahiş edib.
V. Zelenski bu gün Fransa Prezidenti Emmanuel Makronla da telefon əlaqəsi saxlayacağını qeyd edib. Eyni zamanda o vurğulayıb ki, “Normandiya formatı”nda görüş yaxın zamanda keçirilməlidir.
Qeyd edək ki, dünən Ukrayna Müdafiə Nazirliyi Donbasda 4 Ukrayna hərbçisinin öldürülməsi ilə bağlı məlumat yayıb.