Rusiyada Azərbaycan vətəndaşı idarə etdiyi avtomobillə dəniz kollecinin kursantını vurub.
Hadisə Sankt-Peterburq şəhərinin Primorsk rayonunda qeydə alınıb.
46 yaşlı azərbaycanlı iyulun 30-da, axşam saatlarında idarə etdiyi “Ford Mondeo” maşını ilə tənzimlənməyən keçiddən keçərkən 19 yaşlı kursantı vurub. Gənc aldığı xəsarətlərdən keçinib.
Məlum olub ki, azərbaycanlı Sankt-Peterburqda qeydiyyatsız yaşayıb və işsiz olub.
Sürücü saxlanılıb./oxu.az