ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən Berni Sanders seçki kampaniyasına dair vədlərini açıqlamağa başlayıb.
Demokratçıların namizədi 1915-ci ildə yaşanan qondarma "erməni soyqırımını" tanıyacağını bildirib.
O, bu barədə ermənilərin kompakt yaşadığı Los Ancelesdə təşkil edilən müzakirədə danışıb. Senatorlardan biri ona “Türkiyə hökumətinə qarşı çıxıb soyqırımı sözünü istifadə edə biləcəksinizmi” sualını ünvanlayıb. Sanders isə cavabında “hə” deyib.
Qeyd edək ki, ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama da seçki kampaniyasında eyni vədi vermişdi. Lakin o, bunu yerinə yetirməmişdi./publikaaz