AMB uçot dərəcəsini endirib

15:18 - 26 İyul 2019 - İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqda qərar qəbul edib.

Bunu AMB-nin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar 29 iyul 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-cu il sentyabrın 13-də ictimaiyyətə təqdim ediləcək./Apa

Xəbər xətti