Böyük Britaniyanın yeni baş nazirinin adı sabah məlum olacaq.
Baş nazir və Mühafizəkarlar partiyasının sədri vəzifələri uğrunda keçmiş xarici işlər naziri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hunt mübarizə aparırlar.
Yeni baş nazirin adının açıqlanacağı ərəfədə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan istefa verib. B. Consonun baş nazir seçiləcəyi təqdirdə Britaniya hökumətində yeni istefaların olacağı gözlənilir. /Apa