Ərdoğanı təhqir edən müğənniyə həbs cəzası

08:45 - 19 İyul 2019 - DÜNYA

Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib. Sənətçi prezidenti təhqir etmək maddəsi ilə günahlandırılır.

Ucnoqta. az "Ölkə.Az"-a istinadən bildirir ki, Z.Olcay məkanların birində səhnə alarkən ifası zamanı Rəcəb Tayyip Ərdoğanı təhqir edib.

İstanbuldakı 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, cəza prosesi bir şikayətlə başlamışdı. Belə ki, polisə zəng edən bir nəfər 2016-cı il avqustun 5-də Kadıköydə məkanların birində sənətçinin ifası zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyini bildirmişdi.

Zuhal Olcay haqqında “prezidentə birbaşa təhqir” maddəsi ilə 2 aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi.

 

Xəbər xətti