İngiltərənin baş naziri Tereza Mey kütlə arasında rəqs edib.
Mey “ABBA” qrupunun “Dancing Queen” mahnısının sədaları altında oynayıb. Video çarx qısa müddət ərzində sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Video çarx “Henley” musiqi festivalında lentə alınıb. Britaniyalı nazirin mahnı sədaları altında oynaması və əllərini ritmə uyğun tərpətməsi görünür. O, hətta mahnının sözlərini də zümzümə edir.
Qeyd edək ki, Tereza bir müddət əvvəl də Mühafizəkarlar partiyasının iclası zamanı səhnəyə bu mahnının sədaları altında çıxaraq rəqs etmişdi./olke.az