Rusiyanın cinayət dünyasının keçmiş lideri “Ded Xasan” ləqəbli Aslan Usoyanın nəvəsi Moskvada güc strukturlarının əməkdaşları tərəfindən tutulub.
Ura.news xəbər verir ki, Moskva vilayəti polisi kriminal yığıncağı dağıdaraq İrakli Usoyanı saxlayıb.
İyulun 13-də “Düşes” restoranında keçirilmiş yığıncağa 32 nəfər toplaşıb.
Onlar yerli kommersantları və narkotiklərdən əldə edilən gəlirləri bölüşmək üçün bir araya gəliblər.
Toplantıda hərbi sambo üzrə Rusiya çempionu Sahib Mehdiyev və iki MMA döyüşçüsü də olub.
Xatırladaq ki, “Ded Xasan” 2013-cü il yanvarın 16-da Moskvada güllələnmişdi. /oxu.az