Türkiyə prezidenti Ərdoğan Rusiyadan alınan S-400-lərlə bağlı mühüm bəyanat verib.
O, Türkiyənin bu raketləri almasının səbəbini ölkəsinin təhlükəsizliyi ilə əlaqələndirib: "Rusiyadan 2020-ci ilə qədər bu raketlərin tədarükü davam edəcək. Bu raketlər bizə ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir. Biz ölkəmzin təhlükəsizliyini təminat altına almaq istəyirik. Bu tarixi anlaşmadır. Biz Rusiya ilə S-500-lərin ortaq istehsalı üçün addım atmağa hazırlaşırıq. Biz dürüst tacirik. Gərəkən addımı vaxtında onlar (ABŞ-ı nəzərdə tutur) atmalı idi, alternativ variant irəli sürməli idilər...".
Ərdoğan F-35-lərlə bağlı yaranacaq problemə də toxunub. Bildirib ki, ABŞ-ın hazırkı addımları ortaqlığa və dostluğa yaraşan deyil: "Türkiyə əgər F-35 layihəsindən çıxarsa, qiymətlər uzaq başı 7-8 milyon dollar artacaq. İndi bizi sanksiya ilə hədələyirlər. Avropa Birliyi də Aralıq dənizindəki qazla bağlı fəaliyyətimizlə bağlı bəyanat yayır, bizi sanksiya ilə hədələyirlər. Bunların çoxu blefdir, qulaq asmamaq lazımdır"./mia.az