ABŞ Prezidenti Donald Tramp yaxınlaşmaqda olan “Barri” tropik qasırğası ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edib.
Trend-in məlumatına görə, D.Tramp Luiziana ştatına federal səviyyədə yardım olunması barədə göstəriş verib.
“Barri” qasırğasının Meksika körfəzi üzərində formalaşdığı deyilir. Hidrometeoroloqların proqnozlarına əsasən, qasırğa gecə saatlarında Luiziana sahillərinə çatacaq.