Almaniya kansleri Angela Merkel Danimarkanın baş naziri Mette Frederikseni stulda oturaraq qarşılayıb.
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasiminin stulla keçirilməsi onun iyulun 10-da Finlandiyanın baş naziri ilə görüşdə yenidən titrəməsi ilə əlaqədardır.
Qeyd edək ki, Angela Merkel bininci dəfə Ukrayna prezidenti Vladimir Zelenskini qarşılama mərasimində titrəyib. Bu hal ikinci dəfə G20 sammitindən əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə keçirdiyi mətbuat konfransında baş verib.