İsveçrə Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın cəbhəyanı bölgələrdə yaşayan və həyat yoldaşını itirmiş qadınlara maliyyə dəstəyi verəcək.
Bu barədə “Report”a Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə xüsusi layihə həyata keçiriləcək: "Layihənin icrasına bu ayın sonundan başlanılması gözlənilir. Məqsəd həmin qadınlara biznes etikasının öyrədilməsi, onların maarifləndirilməsi və psixoloji durumları yaxşılaşdırdıqdan sonra biznes layihələrini dəstəkləməkdir. Layihənin icrası nəticəsində 36 qadın yeni iş yeri təmin ediləcək".
Yeni layihənin büdcəsi 120 min manatdır. Bunun 40%-ni İƏT, 60%-ni isə assosiasiya ödəyəcək.