Türkiyənin Adana vilayətində saxta spirtli içkidən zəhərlənmə baş verib. Trend-in məlumatına görə, zəhərlənən 3 nəfərdən 2-i dünyasını dəyişib.
Xəstəxanaya yerləşdirilən üçüncü şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən həftə Mersin vilayətində saxta spirtli içkidən 16 nəfər zəhərlənmişdi, onlardan 10-nu dünyasını dəyişib.