Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən aksiya sayca 21-cidir.
Aksiyada Tbilisdə iyunun 20-21-də baş verən hadisələrin əks olunduğu 500-ə yaxın fotoşəkil sərgilənib.
Təşkilatçıların sözlərinə görə, sərginin təşkilində məqsəd dünya ictimaiyyətinə Tbilisidə insanlara qarşı tətbiq olunmuş zorakılığı nümayiş etdirməkdir.
Fotoşəkillər parlamentin binası önündə quraşdırılmış böyük monitorda da nümayiş etdiriləcək.