Messi karyerasında ikinci dəfə oyundan qovulub - VİDEO

14:31 - 7 İyul 2019 - İDMAN

Argentinanın futbol üzrə yığmasının kapitanı Lionel Messi Amerika Kubokunun 3-cü yeri uğrunda Çili komandasına qarşı matçın 37-ci dəqiqəsində oyundan qovulub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Bildirilir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Bu Messinin karyerası ərzində ikinci dəfə oyundan qovulması olub. Otuz iki yaşlı futbolçuya 14 il əvvəl, Macarıstanda yoldaşlıq oyununda qırmızı kart göstərilib.

Qeyd edək ki, argentinalı hücumçu oyundan sonra hakimliyə qarşı etiraz əlaməti olaraq Amerika Kubokunun bürünc medalını almaqdan imtina edib.
Cənubi Amerika Futbol Konfederasiyası öz növbəsində Messinin davranışını təşkilata qarşı hörmətsizlik adlandırıb.

 

Xəbər xətti