İran “nüvə razılaşması” ölkələrinə 60 gün vaxt verib.
Bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, sözügedən ölkələr bu müddət ərzində Tehranın tələbləri ilə bağlı qərar qəbul etməlidir.
İran xarici işlər nazirinin müavini Abbas Arakçı bəyan edib ki, Avropa İttifaqının komissarı Federika Mogeriniyə ünvanlanan məktubda İranın öhdəliklərinin sayını azaltdığı deyilir.
O qeyd edib ki, Tehran hər 60 gündən bir öhdəliklərini azaldacaq./oxu.az