Rusiyanın Sankt-Peterburq şəhər sakini Viktoriyanın uşağına aldığı pirojnanın içindən qurd çıxıb.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Kalininsk rayonundakı ərzaq mağazasında baş verib.
Məsələ burasındadır ki, Viktoriya 11 yaşlı qızına 2 ədəd pirojna alıb. Birincini yeyən azyaşlı heç bir qəribəlik hiss etməyib. İkinciyə diqqətlə baxdıqda isə pirojnanın tərkibindəki ətdə qurdları görüb.
Bu səbəbdən də valideyn şok keçirib və mağazaya polis, təcili tibbi yardım çağırıb. Polis faktla bağlı akt tərtib edib.
Qeyd edək ki, mağazanın sahibi azərbaycanlı Vüqar Məcidovdur. O, 2006-cı ildən Sankt-Peterburqda sahibkarlıqla məşğuldur. Bundan başqa, pərakəndə satışla məşğul olan “Varera” MMC də onun adınadır. Məcidovla bağlı tez-tez polis və prokurorluğa şikayətlər olunur. Onunla bağlı sonuncu məhkəmə qərarı 3 gün əvvəl olub. Belə ki, Vüqar Məcidov sənədləri olmadan spirtli içkilərin satışıyla məşğul olduğu üçün 10 min rubl cərimələnib. O isə cərimələri ödəməkdən boyun qaçırır.