Əfqanıstanda partlayış törədilib.
Bu barədə “Report” “Pajvak” agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, hadisə Qəzni şəhərində qeydə alınıb.
Partlayış nəticəsində 12 nəfər həlak olub, daha 43 nəfər yaralanıb. Ölənlərdən 8-i polis əməkdaşları, 4-ü dinc sakinlərdir.
“Tolonews” telekanalı bildirib ki, Milli Təhlükəsizlik İdarəsinin ofisində hücum edilib. Terrorçu kamikadze partlayıcı maddə ilə dolu yük maşınını partladıb. Hadisəyə görə məsuliyyəti “Taliban“ hərəkatı üzərinə götürüb.