Polşanın Bıtom şəhərində yaşayış binasında baş verən partlayış zamanı üç nəfər ölüb.
Bu barədə şənbə günü yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Hadisə yerli vaxtla saat 13:00 baş verib. Bütün sakinlər təxliyə olunub. Bir qadın və iki uşaq ölüb. Daha dörd nəfər yaralanıb", - Bıtom polisinin mətbuat xidmətindən bildiriblər.
İcra başçısının sözlərinə görə, ehtimal olunur ki, faciəyə qaz sızması səbəb olub. Güclü partlayışdan sonra yanğın baş verib.
Polşanın baş naziri Mateuş Moravetski hadisə yerinə gedib./trend