Almaniyanın Hamburq şəhəri yaxınlığındakı Şlesviq qəsəbəsində bir məscidə hücum edilib.
Ucnoqta.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, hücumçular krantları çıxarıb sabun qabı yerini də sındırıblar. Bununla da ürəyi soyumayan vəhşilər müqəddəs Quran kitabını cıraraq tualetə atıblar.
Bu barədə Flensburq polis idarəsi məlumat yayıb. Bildirilir ki, naməlum şəxslər məscidə girərək vəhşilik törədiblər. Polis cinayəti işi açıldığını araşdırmalar aparıldığını bildirib. Hazırda yerli sakinlərdən cinayətin açılması üçün kömək istənilib.