Valideynlərinin üstünə benzin töküb yandırdı - Rusiyada dəhşət

08:16 - 6 İyul 2019 - DÜNYA

Rusiyanın Arxangelsk vilayətində kişi valideynlərinin üstünə benzin töküb onları yandırıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” vilayət prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verib.

Belə ki, oz doğum günündə spirtli içki qəbul edən kişinin valideynləri ilə mübahisəsi düşüb. Bundan sonra o, valideynlərini və onlara məxsus evi yandırıb. Yanıq xəsarətləri alan ata dünyasını dəyişib, ana isə, pəncərədən tullanaraq, həyatını xilas edə bilib.

“Ev və içindəki mülk yanğın nəticəsində tamamilə məhv edilib”, - vilayət prokurorluğunun mətbuat xidməti bildirib.

Kişi günahını etiraf edib. Ona qarşı cinayət işi açılıb.

Xəbər xətti