Vladimir Putinin səlahiyyətli nümayəndəsinin köməkçisi həbs edilib

17:38 - 5 İyul 2019 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinin Ural Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin köməkçisi Aleksandr Vorobyov Moskvada həbs edilib.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, dövlətə xəyanətdə ittiham olunur. 

Məhkəmə A.Vorobyov barəsində cari il sentyabrın 4-dək həbs qətiimkan tədbiri seçilib. Məhkəmə qapalı rejimdə keçirilib. A.Vorobyov 2006-2008-ci illərdə yerli özünüidarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. 2010-2017-ci illədə Kalinqrad vilayəti hökumətində rəhbər vəzifə tutub.

Xəbər xətti