"Azərbaycan və Çin "Bir kəmər, bir yol" layihəsində vacib tərəfdaşlardır".
"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan bu gün Bakıda Azərbaycanla Çin arasında keçirilən ticarət və əməkdaşlıq forumunda bildirib.
Onun sözlərinə görə, energetika, ticarət, turizm, kənd təsərrüfatı sahəsində əməkdaşlıq daimi genişlənir. "Forum iki ölkə arasında əlaqələrə töhfə verəcək", - deyə Van Çunqan bildirib.
Çin rəsmisi həmçinin Azərbaycanlı biznesmenləri Çində keçiriləcək ixrac sərgisində iştirak etməyə dəvət edib.
Şansı vilayətinin vitse-meri Qao Qao qeyd edib ki, Çinin Şansi vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 10milyon dollar artıb.
Onun sözlərinə görə, sabah Siandan Azərbaycana qatar gəlir: "Bu ölkələr arasında ikitərəfli əlaqələrin daha da genişlənməsinə tövhə verəcək. Ötən il Şansi ilə Azərbaycan arasında ticarət dövriyyəsi 29 faiz artıb".
Çin rəsmisi əlavə edib ki, bu gün Azərbaycana səfəri çərçivəsində Çinin Sian şəhəri Sumqayıt şəhəri ilə qardaşlaşma müqaviləsi imzalanıb:"Bu müqavilə şəhərlərimiz arasında iqtisadi əlaqələri daha da inkişaf etdirəcək".
O, əlavə edib ki, Sianda sentyabrda 8-ci Avrasiya əməkdaşlıq forumu keçiriləcək, biz Azərbaycanın dövlət rəsmiləri və sahibkarlarını bu sərgidə iştirak etməyə dəvət edirik".