Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib. Partlayış vilayətin Reyhanlı rayonunda qeydə alınıb.
Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.
Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib./trend