Almaniyanın Hameln-Pirmont rayonunda “Eurocopter EC135” tipli hərbi təlim helikopteri ən aşağı uçuş fəndini icra edərkən qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilir ki, qəza Bükkeburq şəhərindəki hərpi pilot hazırlığı üzrə beynəlxalq mərkəzin 30 kilometrliyində, meşə yaxınlığında baş verib. Yerə çırpıldıqdan sonra helikopter yanıb.
Nəticədə pilot ölüb, daha bir nəfər xəsarət alıb. Hadisə yerində xilasetmə xidməti çalışır.