ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş keçirilir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iki ölkə lideri ilk dəfə Koreya yarımadasını iki hissəyə bölən hərbi-demarkasiya xətti üzərindən bir-birinin əlini sıxıblar.
Bildirilir ki, tərəflər arasında görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danışıqlar məntəqəsində keçirilir.