Merkel titrəməsindən DANIŞDI

12:53 - 29 İyun 2019 - DÜNYA

Almaniya Kansleri Angela Merkel əmin edib ki, səhhətində ciddi problem yoxdur. TASS xəbər verir ki, o, bunu rəsmi tədbirlər zamanı qəfil titrəməsini şərh edərkən deyib. “Əminəm ki, bu, necə əmələ gəlibsə, eləcə də keçib gedəcək. Xüsusi bir şey deyə bilmərəm. Özümü yaxşı hiss edirəm”, - Kansler bildirib. Xatırladaq ki, A.Merkel iyunun 18-i və 27-də müvafiq olaraq, Ukrayna və Almaniya prezidentləri ilə görüşü zamanı bərk titrəməsi ilə diqqət mərkəzinə düşmüşdü. /oxu.az

Xəbər xətti