Fransada ölkə tarixinin rekord temperaturu qeydə alınıb
18:42 - 28 İyun 2019 - DÜNYA
Fransada bu gün ölkə tarixinin rekord temperaturu qeydə alınıb.
Trend-in məlumatına görə, ölkənin cənub-şərqindəki Karpantra şəhərində termometrlər müsbət 44,3 dərəcəni göstərib.
Bundan əvvəl, ölkə ərazisində rekord isti 2003-cü ilin avqustunda qeydə alınmışdı. Həmin il Sen-Kristol və Konkerak kommunalarında temperatur müsbət 44,1 dərəcəyədək yüksəlmişdi.
Qeyd edək ki, bu gün şiddətli istilərlə əlaqədar Fransa ərazisində 4 min məktəb bağlanıb.