Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammiti start götürüb.
G20 ölkələrinin liderləri sammit çərçivəsində rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sessiya keçiriblər. Sessiya zamanı Yaponiyanın baş naziri Sindzo Abe, ABŞ Prezidenti Donald Tramp, Çin sədri Si Szinpin və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker çıxış ediblər.
Görüş iştirakçıları rəqəmsal iqtisadiyyat, ticarət və elektron kommersiyanın vacib olduğunu təsdiq ediblər.
Açıq bazarlara bağlılığın mühümlüyünü qeyd edən ABŞ Prezidenti rəqəmsal iqtisadiyyatın öz növbəsində qlobal iqtisadiyyatın inkişafına kömək etdiyini bildirib.