Türkiyədə kimyəvi maddələr anbarında partlayış olub
06:19 - 28 İyun 2019 - DÜNYA
Türkiyənin Tekirdağ vilayətində tekstil fabrikinin kimyəvi maddələr anbarında partlayış olub.
Trend-in məlumatına görə, polis əməkdaşları vətəndaşları evlərini tərk etməyə çağırıblar.
Məlumatda bildirilir ki, Ergene ərazisində 20 ton tutumlu kimyəvi maddələr anbarında partlayış baş verib.
REKLAM
adviad.com
Daha ətraflı
Partlayışdan sonra kimyəvi maddələr yayılmağa başlayıb. Hadisə yerinə Milli Təcili Xilasetmə qrupu, polis əməkdaşları və təcili tibb yardım briqadaları gəlib.