Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzadıb.
APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, sanksiyalar üçün son tarix 2020-ci ilin 31 yanvarı göstərilir.
Sanksiyalar Rusiyanın maliyyə, enerji və müdafiə sənayesi sahələrini, həmçinin ikili məqsədlər üçün istifadə edilə biləcək texnologiyaları əhatə edir.