Almaniya kansleri Angela Merkel ölkə prezidenti ilə görüşündə özünü narahat hiss edib.
Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, xanım kansler ölkə prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü zamanı özünü yaxşı hiss etməyib. Belə ki, Merkelin əlləri əsməyə başlayıb. Ona su təklif edilsə də o bundan imtina edib.
Qeyd edək ki, bir müddət öncə Ukrayna prezidenti Zelenski ilə görüşündə də eyni hal yaşanmışdı.