Gürcüstanda prokurorluq müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputat Nika Meliaya qarşı rəsmən ittiham irəli sürüb.
"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, o, iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyasında kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır.
Xatırladaq ki, əvvəlcə etiraz aksiyası dinc xarakter daşıyırdı, ancaq saat 22:00 radələrində nümayişçilərin bir hissəsi güc tətbiq edərək polisə hücum edib, parlament binasını ələ keçirməyə çalışıb. Polis iki saat sonra gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək nümayişçiləri dağıtmğa başlayıb.Qeyd edək ki, deputat prokurorluğa gəlməyib. İttiham qərarını onun vəkilinə veriblər.Hazırda prokurorluğun təşəbbüsü ilə Gürcüstan parlamenti N.Melianın deputat toxunulmazlığında məhrum edilmə məsələsini müzakirə edir, çünki bu olmadan deputatın saxlanılması mümkün deyil.