İstanbulda təkrar səsvermə başladı

11:42 - 23 İyun 2019 - DÜNYA

Bu gün İstanbul Böyük Bələdiyyəsinə sədrlik uğrunda təkrar seçkilər keçirilir.

Yerli saatla saat 08:00-da seçki məntəqələri seçicilərin üzünə açılıb. Seçkidə rəqabət hakim partiyanın təmsil edən Binali Yıldırımla müxalifəti təmsil edən Əkrəm İmamoğlu arasında gedir. Səsvermə prosesi yerli vaxtla saat 17-dək davam edəcək.

Qeyd edək ki, İstanbul seçkilərində ümumilikdə 10 milyon 560 min 963 seçici 31 min 124 sandıqda səs verəcək./publika.az

Xəbər xətti