Avtobus aşdı - 17 nəfər xəsarət alan var

17:52 - 22 İyun 2019 - DÜNYA

İranın cənubunda yerləşən Fars vilayətində Bəhmən-Xosrov Şirin istiqamətində ağır yol qəzası baş verib.


Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti Şimal yol polis rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.Ə.Dehqaninin sözlərinə görə, "Pride" və "Samand" markalı minik avtomobili pikapla toqquşub.Hadisə nəticəsində 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.Şiraz-Səadətşəhr istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində isə 17 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində isə Zahidan-Xaş magistralında iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Xəbər xətti