İraqın paytaxtı Bağdad şəhərində məsciddə törədilən bomba partlayışı nəticəsində azı 10 nəfər ölüb, 30-dan çox yaralı var.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, paytaxtın şərqindəki Bələdiyət bölgəsində meydana gələn partlayış polis nümayəndələrinin sözlərinə görə, terrorçu-kamikadze tərəfindən törədilib.
Yaralıların bir çoxunun vəziyyəti ağır olduğu üçün qurban sayının arta biləcəyi də qeyd olunur./report