Avropa İttifaqı Ukraynanın Krım bölgəsinin ilhaqına görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini daha bir il uzadıb.
“Report” “RT”yə istinadən xəbər verir ki, bu barədə qərar Avropa İttifaqı Şurasının saytında yerləşdirilib. Sanksiyalar 2020-ci il iyunun 23-dək qüvvədə olacaq.
Qeyd edək ki, Rusiya 2014-cü ilin mart ayında Krım yarımadasını ilhaq edib. Avropa İttifaqı və ABŞ bu addımına görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.