“Şahdəniz” qazı Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Avropa sərhədinə çatdırılıb.
SOCAR-ın məlumatına əsasən, Azərbaycanın “Şahdəniz” yatağından qaz 2019-cu il iyunun 15-də, tarixi bir gündə - Milli Qurtuluş Günündə Yunanıstan sərhədinə çatdırılıb.
“Şahdəniz” qazı 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olmuşdu.
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizin tərkib hissəsidir. Boru kəmərinin ilkin buraxılış gücü 16 milyard kubmetr təkil edir./oxu.az