Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi barədə qərar qəbul edib.
Müvafiq qərar ABM-nin rəsmi saytında dərc olunub. Bildirilir ki, faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən olunub.
Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.
Qərar iyunun 7-dən qüvvəyə minir./oxu.az