Hindistanın Madya Pradeş əyalətində 16 yaşlı Furkan Kureyşi adlı yeniyetmə 6 saat “PUBG” oyunu oynadıqdan sonra dünyasını dəyişib.
Fasiləsiz telefonda oyun oynayan Kureyşinin ölüm səbəbi infarkt keçirməsidir. Atası Harun Rəşidin sözlərinə görə, oğlu oyun zamanı tez-tez əsəbiləşir və digər oyunçuları söyürmüş. Furkanın ölümünə yaşadığı adrenalin ilə stressin ürək ritmini artırması və bunun da infarka çevrilməsi səbəb olub.
Oğlanın qardaşı onun əvvəl də saatlarla bu oyunu oynadığını, hətta bir dəfə 18 saat fasiləsiz telefondan istifadə etdiyini bildirib./qafqazinfo