Türkiyə əldə edəcəyi S-400-ləri Kipr ilə Aralıq dənizinin şərqində təbii qaz axtarışı və çıxarılması fəaliyyətlərilə bağlı problemlər yaşadığı üçün cənub sahillərinə yerləşdirəcək.
Bu barədə “Blumberq”in 4 mənbədən əldə etdiyi məlumatda deyilir. Qaynaqların digər məlumatına görə, S-400-lər ruslar tərəfindən inşa edilən Türkiyənin ilk nüvə stansiyası “Akkuyu”da da yerləşdirilə bilər.
Qeyd edək ki, Yaxın Şərqdə pik həddə çatan gərginliyi daha da artırmamaq üçün Rusiya İrana S-400 hava hücumundan müdafiə sistemi satmaqdan imtina edib./publika.az