Avstriya hökuməti istefaya göndərilib
17:02 - 28 May 2019 - DÜNYA
Avstriya prezidenti Aleksander van der Bellen Sebastian Kurzun başçılıq etdiyi hökuməti istefaya göndərib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, kanslerin səlahiyyətləri isə müvəqqəti olaraq maliyyə naziri Hartviq Lögerə həvalə edilib.
Qalan hökumət üzvləri isə müvəqqəti kansler təyinatınadək iş başında qalıblar.
Qeyd edək ki, bu ilin sentyabr ayında Avstriyada növbədənkənar parlament seçkiləri keçiriləcək.