ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.
“Report” TASS-a istinadən xəbər verir ki, səfər mayın 28-dək davam edəcək. Bu, 1992-ci ildən bəri ABŞ prezidentinin Yaponiyaya ən uzunmüddətli səfəridir. D.Trampın səfərinin əsas hissəsi mayın 27-də başlayacaq. Həmin gün o, Yaponiyanın baş naziri Sindzo Abe və mayın 1-dən taxta oturmuş Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək.
ABŞ prezidentinin səfərinin təhlükəsizliyini Yaponiyanın 25 min polis əməkdaşı təmin edir.