Türkiyə ordusunun İraqın şimalında davam etdirdiyi əməliyyatlar zamanı bir türk hərbçisi həlak olub.
Trend-in məlumatına görə, hərbçi Afaşin rayonunda keçirilən əməliyyat zamanı həyatını itirib. Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar uğurla davam etdirilir.