Hindistanın Qucarat ştatının Surat şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğında 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yanğın mərkəzin ikinci mərtəbəsində başlayıb. Şahidlərin sözlərinə görə, ölənlərin əksəriyyəti yanğından xilas olmaq üçün binadan özlərini aşağı atanlardır.
Hindistanın baş naziri Narendra Mode hadisədən sonra ölənlərin ailələrinə maddi kömək göstəriləcəyini bildirib.
Faktla bağlı araşdırma aparılır./trend